Ukrayna valyutasını devalvasiya etdibackend

Ukrayna valyutasını devalvasiya etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Bankı devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, dolların məzənnəsi 36,5686 qrivnaya çatdırılıb.

Bankın məlumatına görə, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.

“Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”, – Bankın açıqlamasında qeyd olunub.