Ukrayna Türkiyəyə nota veribbackend

Ukrayna Türkiyəyə nota verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqustun 29-da Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.
Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə Ukrayna tərəfinin Rusiya Müdafiə Nazirliyinin icarəyə götürdüyü Sparta II gəmisi ilə Suriyadan Bosfor boğazı vasitəsilə Rusiyaya S-300PMU-2 raket komplekslərinin daşınmasına dair məlumatla bağlı narahatlığını ifadə edib.
Məsələ ilə bağlı Türkiyə səfirinə Ukrayna Xarici İşlər Nazirliyinin şifahi notası təqdim edilib.
Nazir müavini Türkiyə səfirinin diqqətini ona yönəldib ki, Boğazların Rejimi haqqında 20 iyul 1936-cı il tarixli Konvensiyanın (Montro Konvensiyası) müddəalarına uyğun olaraq, göstərilən gəmi bu məqsədlər üçün hərbi gəmi anlayışına düşür.
“Toçitski Türkiyə tərəfindən “Sparta II” gəmisi ilə Bosfor boğazından daşınmış yük, habelə Konvensiyanın müddəalarının yerinə yetirilməsi və Rusiya Federasiyasının münaqişənin daha da eskalasiyasının qarşısının alınması üçün Türkiyənin gördüyü tədbirlərlə bağlı rəsmi məlumat verməsini xahiş edib.
Nazir müavini ümidvar olduğunu bildirib ki, Türkiyə Respublikasının Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhdədlərini tanımaq, dəstəkləmək istiqamətindəki ardıcıl mövqeyinə uyğun olaraq, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsi zamanı Qara dəniz boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarına ciddi əməl edəcək”, – Ukrayna XİN-in məlumatında bildirilib. (APA)