UKRAYNA SURİYAYA ÇEVRİLƏ BİLƏR – EKSPERTDƏN ŞƏRHbackend

UKRAYNA SURİYAYA ÇEVRİLƏ BİLƏR – EKSPERTDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fikrimcə, Ukrayna-Rusiya müharibəsi qısa müddətdə dayanacaq. Danışıqların da Türkiyə vasitəsilə olacağını güman edirəm. Əks halda Ukraynanın Suriyaya çevrilmə təhlükəsi var”. TİA. Az məlumat verir ki, AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli belə düşünür.

Onun sözlərinə görə, görünən odur ki, Qərbin bu müharibəni dayandırmaq gücü yoxdur: “Putin Qərb liderlərini vecinə almır, amma Ərdoğana münasibəti fərqlidir. Bunu Zelenski də anlayır. Ərdoğan yeganə liderdir ki, həm Putin, həm də Zelenski tərəfindən qəbul edilir. Burada bir çoxlarımız rahat oturmuşuq, amma Ukraynada bir insan, bir xalq, bir dövlət faciəsi yaşanır. Bakıda monitor arxasında oturub, evində isti çay içib “Slava Ukrayna” deməklə deyil, rus ayısı dayandırılmasa Ukrayna dövləti və dövlətçiliyinin müqəddəratı böyük təhlükə altına düşür. Avropanın göbəyində yeni Suriya, yeni İraq yarana bilər.

Bunun olmaması üçün Türkiyənin vasitəçi olaraq ortaya girməsi təkcə Ukrayna və Rusiyanın deyil, həm də Avropanın maraqlarına cavab verir. Belə vəziyyət fikrimcə ancaq ABŞ və Çinin maraqlarına cavab verir. Ukrayna-Rusiya müharibəsi uzunmüddətli fazaya keçsə Ukrayna təəssüf ki, böyük xarabalığa çevriləcək, Avropa, ABŞ-dan asılı vəziyyətə düşəcək. Rusiyaya gəldikdə isə, bu ölkə zəifləyəcək. Bu cür vəziyyət Uzaq Şərqdə Çinin mövqelərini gücləndirəcək. Çin üçün rus Uzaq Şərqini və Sibiri gələcəkdə nəzarətə keçirmək imkanları yaranır”.

TİA. Az