Ukrayna siyasi baxımdan müharibəni udub – Zülfüqarovun ŞƏRHİbackend

Ukrayna siyasi baxımdan müharibəni udub – Zülfüqarovun ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünəndən etibarən Ukrayna ordusu Xerson istiqamətində əks-hücum əməliyyatlarına başlayıb.
Bu əməliyyatlar necə gedir və həlledici ola bilərmi?
Məsələ ilə bağlı sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlama verib:
T. Zülfüqarov qeyd edib ki, Ukrayna tərəfindən bu və ya digər bölgənin azad olunması həlledici amil deyil:
“Müharibənin əvvəllində Rusiyanın aktivliyi 10-15 dəfə çox idi. İndi nisbət çox azalıb və 5 dəfəyə düşüb. Lakin hərbi baxımdan nisbət Ukraynanın xeyrinə də deyil. Ümumiyyətlə, o fikirdəyəm ki, artıq Ukrayna siyasi baxımdan birmənalı şəkildə müharibəni udub. Ona görə də hərbi əməliyyatların bu və ya digər şəkildə ümumi vəziyyətə təsiri bir o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki hamı başa düşür ki, Rusiyanın məğlubiyyəti ilk növbədə onun daxilində gedən proseslərdən asılıdır. Biz görürük ki, Rusiyada daxili siyasi gərginlik çox artıb”.
Politoloq İran PUA-larının Rusiyaya göndərilməsilə bağlı məsələyə də toxunub:
“İran PUA-larının Rusiyaya verilməsi artıq təsdiq edilib. İsrail mənbələri bildiri ki, İrandan bununla bağlı Rusiyaya 50-yə yaxın uçuş həyata keçirilib. Yəni, PUA-lar bu uçuşlar vasitəsilə Rusiyaya çatdırılıb. Müxtəlif hərbi mənbələr bildirir ki, PUA-ların keyfiyyəti heç də pis deyil. Vaxtilə İranın öz ərazisində bir neçə müasir PUA-nı endirmişdi. Eyni zamandan Çin ilə əməkdaşlıq onlara müasir PUA-lar hazırlamağa imkan verib. Təbii ki, Ukrayna cəbhəsində istifadəsi real olaraq, onların hansı imkanlara malik olduğunu göstərəcək. Hələlik Ukrayna mənbələri belə bir faktı nə təsdiq, nə də inkar edir. Çünki bu PUA-larla bağlı əllərində heç nə yoxdur”.