Ukrayna Silahlı Qüvvələri Severodonetsk şəhərinin 20 faizini azad edibbackend

Ukrayna Silahlı Qüvvələri Severodonetsk şəhərinin 20 faizini azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Severodonetsk şəhər ərazisinin 20 %-ni azad edib.

TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday milli telemarafonun efirində bildirib.

Qayday deyib ki, Rusiya hərbçiləri bütün səylərini Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsinə yönəltməkdə davam edir.

Bununla yanaşı, Lisiçansk, Soledar və Baxmut istiqamətində Rusiya hərbçilərinin irəliləmək cəhdinin qarşısı alınıb və qarşı tərəf əvvəlki mövqelərinə doğru geri çəkilib.

Müharibə başlayandan Ukrayna Silahlı Qüvvələri Rusiyanın 30 950 hərbçisini və minlərlə texnikanı məhv edib.