Ukrayna Silahlı Qüvvələri bir gecədə Rusiyanın 30-dan çox helikopterini məhv edibbackend

Ukrayna Silahlı Qüvvələri bir gecədə Rusiyanın 30-dan çox helikopterini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xerson yaxınlığında bir gecədə Rusiyaya məxsus 30-dan çox helikopteri, canlı qüvvəni və texnikanı məhv edib.

Bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığı “Facebook”da məlumat yayıb.

Qeyd edilib ki, bu gecə onlar Xerson yaxınlığında yerləşən Çernobayevka aerodromunu ciddi şəkildə “örtüblər”.

Həmçinin, dəniz piyadaları da bildiriblər ki, Nikolayev kənarında Rusiyaya məxsus 3 texnika kalonunu məhv ediblər.

Ukraynalı hərbçilərin Rusiyaya məxsus çoxlu sursat, təkərli texnika, yeddi ədəd D-20 haubitsa topunu ələ keçirdikləri qeyd edilir.

Mənbə: Segodnya