“Ukrayna səmasında rus təyyarələri azalıb” – Britaniya kəşfiyyatıbackend

“Ukrayna səmasında rus təyyarələri azalıb” – Britaniya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Rusiyanın ümumilikdə Ukrayna səmasındakı aktivliyi əhəmiyyətli dərəcədə azalıb. Güman ki bu, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin dözümlülüyü və effektivliyindən irəli gəlir”.

“AzPolitika.info” dünya KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün “tvitter” səhifəsində paylaşıb.

Nazirlik Britaniya kəşfiyyatının məlumatı əsasında belə bir qənaətə gəlindiyini qeyd edir və bildirir ki, Putin cəbhəyə yeni qüvvələr cəlb etmək məcburiyyətində qalıb. Yeni hərbi çağırışçıların Ukraynaya göndərilməsi və onların böyük sayda əsir düşməsi də bununla əlaqələndirilir.

Kəşfiyyat həmçinin xəbər verir ki, Kiyevin yaxınlığında qərar tutan rus ordusunun böyük kolonu irəliləmir və mütəmadi olaraq, Ukrayna tərəfinin zərbələrinə məruz qalır.