Ukrayna şəhərləri ölkənin Nazirlər Kabinetini məhkəməyə verdibackend

Ukrayna şəhərləri ölkənin Nazirlər Kabinetini məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

kraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib.

Bu barədə “Report” “Strana.ua”ya istinadən xəbər verir.

İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki, bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb.

Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var.

Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub.