Ukrayna Rusiyaya nota verdibackend

Ukrayna Rusiyaya nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna səfirliyi Moskvada Ukrayna diplomatlarının üzləri olan təhqiramiz plakatlara görə Rusiyaya etiraz notası göndərib.
TİA.AZ xəbər verir ki, diplomatik nümayəndəlikdən verilən açıqlamada, martın son günlərində Rusiya paytaxtında naməlum şəxslər səfirlik binasının qarşısında Ukrayna diplomatlarının fotoşəkilləri vurulmuş və kinayəli şərhlər yazılmış plakatlar yapışdırıldığı deyilir. Həmçinin şəhər dayanacağında park edilmiş səfirlik avtomobilinə ziyan vurulduğu da bildirilir.
Ukraynalı diplomatlar Rusiyadan istintaqın aparılması və günahkarların qanuna görə məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görməsini tələb ediblər.