Ukrayna Rusiyanın itkilərinin sayını açıqladıbackend

Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun daha 160 əsgərini zərərsizləşdirib. Həmçinin onlarla artilleriya sistemi sıradan çıxarılıb.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.Qeyd edilir ki, Rusiya ordusu ən böyük itkini Donetsk istiqamətində verib.
İyulun 31-də Rusiya ordusunun müharibə ərzindəki ümumi döyüş itkisi təxminən belədir: şəxsi heyət təxminən 40 830 (son sutkada daha 160 nəfər) nəfər zərərsizləşdirilib; tanklar – 1763 (4 yeni tank) ədəd; zirehli döyüş maşınları – 4 004 (+9) ədəd; artilleriya sistemləri – 916 (+10) ədəd, təyyarələr 223 (1), helikopterlər (190) və s.