Ukrayna Rusiyanın hərbi itkilərini açıqladıbackend

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 550 hərbçisi məhv edilib”.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 921 tank, 4 238 zirehli döyüş maşını, 1033 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 146 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 150 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.