Ukrayna Rusiyanın bu təklifini qəbul etdi: “Biz NATO-ya daxil olmayacağıq”backend

Ukrayna Rusiyanın bu təklifini qəbul etdi: “Biz NATO-ya daxil olmayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbulda Rusiya tərəfi ilə görüşən Ukrayna nümayəndə heyəti görüşdən sonra açıqlamalar verib.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya və Ukraynanın danışıqlar nümayəndə heyətlərinin İstanbulda bir araya gəldiyi görüş başa çatıb.
Ukrayna nümayəndə heyəti görüşdən sonra bəyanatla çıxış edib.
Ukraynalı nümayəndə Podolyak “Bugünkü İstanbul görüşün nəticələri liderlər səviyyəsində görüş üçün kifayətdir”, – deyə açıqlamasında bildirib.
Görüşdə Krım məsələsi də müzakirə edilib: “Biz NATO-ya daxil olmayacağıq, lakin Aİ-dən əl çəkməyəcəyik. Razılaşmada heç nə Aİ-yə daxil olmağa mane olmayacaq. Krım məsələsi həll olunmalıdır. Krım işğal olunmuş ərazidir. 1991-ci ildən biz Ukraynanın bütövlüyü və suverenliyindən danışırıq”, – deyə bildirilib.
Ukrayna nümayəndə heyəti danışıqların davam etdiyi bir vaxtda Rusiyaya güc tətbiq etməməyi təklif etdiklərini, mövqelərini qarşı tərəfə çatdırdıqlarını və cavab gözlədiklərini açıqlayıb.
Ukraynalı müzakirəçilər bildiriblər ki, Ukrayna Rusiya ilə danışıqların son raundunda təhlükəsizlik zəmanəti müqabilində neytral statusunu qəbul etməyi təklif edib, yəni o, hərbi ittifaqlara qoşulmayacaq.
Ukrayna tərəfi bildirib ki, təkliflər ilhaq edilmiş Krımın statusu ilə bağlı 15 illik məsləhətləşmə prosesini əhatə edəcək və yalnız tam atəşkəs əldə olunduğu təqdirdə qüvvəyə minə bilər.
Rusiya nümayəndə heyəti görüşdən sonra ilk açıqlamanı verib: “Biz iki tərəf arasında bəzi məsələlərdə razılığa gələ bildik. Xarici işlər nazirlərimiz bu maddələri daha ətraflı həll edəcəklər”.