Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib-VİDEObackend

Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus daha bir “Forspost” pilotsuz uçuş aparatını məhv edib.

TİA.AZ  “UNIAN-a istinadən xəbər verir ki, PUA Ukraynanın cənubunda mülki və hərbi infrastrukturun yerləşdiyi yerlərin kəşfiyyatını apararkən vurulub.

Bildirilib ki, bu texnikanın qiyməti 7 milyon dollardan çoxdur.

Bundan başqa, Ukrayna ordusu “Bayraktar TB2” PUA-sı vasitəsilə Rusiya ordusunun daha bir tankını sıradan çıxarıb.