Ukrayna Rusiyanı Britaniya raketləri ilə təhdid etdibackend

Ukrayna Rusiyanı Britaniya raketləri ilə təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın Kiyevə tədarük etməyi planlaşdırdığı “Brimstone” raketləri Rusiyanın hərbi gəmilərini məhv etməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna baş qərargah rəisinin müavini İqor Romanenko deyib. Onun sözlərinə görə, “Brimstone” raketlərinin quraşdırıldığı patrul katerləri Rusiyanın hərbi gəmilərinə raket zərbələri endirə bilərlər.

General bildirib ki, bu raketlər hesabına Rusiyanın provokasiyalarına Ukraynanın daha güclü cavabına imkan yaranacaq.