Tribuna İnformasiya Agentliyi

Ukrayna rusiyalı kişilərin ölkəyə daxil olması qadağasını aradan qaldırdı

29 Dekabr
Ukrayna hökuməti 16 yaşdan 60 yaşına kimi rusiyalı kişilərin ölkəyə daxil olmasına qoyulmuş qadağanı aradan qaldırıb.
Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, bununla belə dövlət sərhəd xidmətindən ölkəyə daxil olan rusiyalıların səfərlərinin məqsədi araşdırılacaq.
Xatırladaq ki, 16 yaşdan 60 yaşına kimi rusiyalı kişilərin Ukraynaya daxil olmasına qadağa Kerç boğazında baş vermiş hadisədən sonra qoyulmuşdu.