Ukrayna Rusiyadan qoşunlarını geri çəkməyi tələb etdi – 44 min rus əsgəri əmr gözləyir…backend

Ukrayna Rusiyadan qoşunlarını geri çəkməyi tələb etdi – 44 min rus əsgəri əmr gözləyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə Rusiya arasındakı gərginlik sürətlə artır.

TİA.AZ xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi İuliya Mendel Rusiyanın Ukraynanın şərq sərhədində 4 mindən çox əsgər topladığını açıqlayıb.

Bu toplanmış əsgərlərlə yanaşı, Krımda da 40 mindən çox rus əsgərinin olduğunu qeyd edən İ. Mendel Zelenskinin Parisə gedəcəyini və Donbassda artan gərginlikdən, eləcə də Rusiyanın addımlarından bəhs edəcəyini söyləyib.

Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiklərini, lakin hər hansı cavab almadıqlarını söyləyən İ. Mendel, “Ümid edirəm ki, bu vəziyyət Rusiyanın dialoq istəmədiyi anlamına gəlmir”, – deyə, qeyd edib.

Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa və Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə dəvət edib. Nazirliyin verdiyi açıqlamada aprelin 7-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci il Vyana sənədi çərçivəsində Ukrayna sərhədindəki hərbi iştirakını artırması ilə bağlı Rusiyadan rəsmi açıqlama istəməsi xatırladılıb.

Rusiyanın məsələ ilə bağlı açıqlama verməkdən imtina etdiyi bildirilib. Həmçinin, gərginliyi azaltmaq üçün Rusiya tərəfindən məsləhətləşmə cəhdlərinə də məhəl qoyulmadığı vurğulanıb.