Ukrayna Rusiyadan nə vaxt təzminat ala biləcək?backend

Ukrayna Rusiyadan nə vaxt təzminat ala biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ən optimist ssenaridə Ukrayna yayın sonunda Rusiya Federasiyasından təzminat ala biləcək.
Bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.
“Rusiya vəsaitləri Avropa İttifaqı və ya İsveçrənin Qərb hesablarındadır, ona görə də bizim istəyimizdən çox az şey asılıdır. Ən optimist ssenarilərə görə, Rusiya eyni sürətlə dünyanı öz təsvirolunmaz cinayətləri ilə dəhşətə gətirməkdə davam edərsə və biz Qərbin buna adekvat reaksiya verməsinə hazır olduğunu görsək, onda yayın sonunda optimist ssenaridən danışmaq olar”, – deyə nazir bildirib.
Malyuskanın sözlərinə görə, belə ödənişləri həyata keçirməyin üç yolu var:
“Birincisi, dövlət büdcəsindən ödənişdir. İkincisi, Rusiya Federasiyasına könüllü-məcburi ödənişdir, biz onlardan vəsait götürdükdə onları xüsusi yaradılmış fondlar, ya da məhkəmə institutları vasitəsilə bölüşdürəcəyik. Yaxud sadəcə olaraq məhkəmə proseduru ilə – xüsusən də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməklə həll edəcəyik”.
Xatırladaq ki, Mariupol meriyası şəhərin infrastrukturunun bərpası üçün 10 milyard dollara ehtiyac olduğunu bildirmişdi.