Ukrayna Rusiya ilə “enerji müharibəsi” başladığını elan etdibackend

Ukrayna Rusiya ilə “enerji müharibəsi” başladığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Rusiya ilə “enerji müharibəsi” vəziyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın Energetika naziri Maksim Nemçinov “1+1” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti Qazaxıstandan idxalı əngəlləyir, kömür daşıyan dəmir yolu vaqonlarının Ukraynaya daxil olmasına mane olur və sifarişli qaz tranzit imkanlarını daim azaldır. “Onlar bu böhranı daha da ağır hiss etməyimiz üçün hər şeyi edirlər”, – Nemçinov vurğulayıb.
Rosbalt.ru yazır ki, Rusiya noyabrın 1-dən Ukraynaya enerji markalı kömür tədarükünü dayandırıb və bunu ölkə daxilində artan tələbatla izah edib. Eyni zamanda, Rusiya Federasiyasının İqtisadiyyat Nazirliyi bəyan edib ki, noyabr ayında Rusiya şirkətləri Ukrayna bazarına başqa növ kömür tədarük edəcək və bütün tədarükün yarıdan çoxunun ixracatçısına çevriləcək. Bundan əlavə, noyabrın əvvəlindən Ukrayna və Polşa vasitəsilə nəql olunan qazın həcmi son dərəcə aşağı olsa da, noyabrın 11-də “Qazprom” Ukrayna ərazisindən nəqli tam müqavilə öhdəliklərinə qədər artıraraq sutkada 109 milyon kubmetr təşkil edib.