Tribuna İnformasiya Agentliyi

Ukrayna rəsmən MDB-dən çıxır

12 Aprel

Moderator.az Ria Novosti-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko nazirlər kabinetinə Ukraynanın rəsmi olaraq MDB-nin təsisçi orqanlarından çıxmaq prosedurunu başlamağı haqqında göstəriş verdiyini bildirib.

“Xahiş etdim ki, hökümətlə birlikdə, bizim MDB-nin təsisçi orqanlarında içtirakımızın rəsmi olaraq dayandırılması, eləcə də Minskdə müvafiq institutlarda Ukrayna nümayəndəliklərinin birdəfəlik olaraq bağlanması haqqında təklif hazırlasınlar”- Ukrayna prezidenti təhlükəsizlik üzrə Kiyev forumunda deyib.