Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıbbackend

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir. Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar”.

TİA.AZ “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

“Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq”, – Denisenko deyib.

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

“Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar – red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər”, – DİN rəsmisi əlavə edib.