Ukrayna qiyamçı Luqanskın suyunu kəsdibackend
Ukraynada Qərb Filtr Stansiyasının işi dayandırıldığına görə Kiyevin nəzarətində olmayan Luqansk vilayətinin ərazilərində yerləşən 11 yaşayış məntəqəsində su təchizatının həcmi azaldılıb.
TİA.AZ  xəbər verir ki, bu barədə şənbə günü səhər RİA Novosti agentliyi qondarma LXR Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Şöbənin mətbuat xidmətindən verilən məlumata görə, Pervomaykda Kiyevin nəzarət etdiyi ərazidən su təchizatı tamamilə kəsilib, Artyomovsk və Zorinskdə 60%, Slavyanoserbskdə 50%, Staxanov, Kirovsk, Bryankada 40%, Alçevsk, Perevalsk 30%, Antrasit, Krasnı luçda isə 20% məhdudiyyət yaranıb.