Ukrayna PUA-larla Rusiya ərazisini bombaladıbackend

Ukrayna PUA-larla Rusiya ərazisini bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna ilə Rusiyanın həmsərhəd Kursk vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 1 sərhədçi yaralanıb, 4 avtomobilə ziyan dəyib.
TİA.AZ xəbər verir ki, “Baza” mənbələri bildirir ki, PUA-lar sutka ərzində iki cəhdlə beş bomba atıblar.
İlk PUA avqustun 18-də saat 8:00-da Belovski rayonundakı Kuçerov fermasına hücum edib. Üç bombanın atılması nəticəsində bir sərhədçi yaralanıb. Pilotsuz uçuş aparatları bir neçə saatdan sonra geri qayıdıb. Daha iki mərminin partlaması nəticəsində 4 avtomobilə ziyan dəyib.
Ukraynada müharibə başlayandan bəri Rusiyanın sərhəd bölgələrində mütəmadi olaraq partlayışlar və dron hücumları qeydə alınır. Təkcə avqust ayı ərzində yalnız Kursk vilayətinin ərazisində altı partlayış qeydə alınıb.
Vilayətdə sonuncu insident çərşənbə axşamı, avqustun 16-da Novıy Put kəndi ilə Volfino kəndi arasında baş verib. İçərisində rus hərbçiləri olan “Kamaz” maşını tank əleyhinə minaya düşüb. Nəticədə bir əsgər ölüb, daha ikisi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bir gün əvvəl FSB Kursk atom elektrik stansiyasında avqustun 4, 9 və 12-də baş verən elektrik ötürücü xətlərində partlayışlar baş verdiyini açıqlamışdı. Kursk və qonşu rayonların sənaye, nəqliyyat və sosial infrastruktur obyektlərini təmin edən 6 elektrik xətti zədələnib. Hücumla bağlı cinayət işi açılıb.