Ukrayna Prezident Ofisi: “Effektiv hücum üçün kifayət qədər silahımız yoxdur”backend

Ukrayna Prezident Ofisi: “Effektiv hücum üçün kifayət qədər silahımız yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın genişmiqyaslı işğalının altıncı ayındayıq və bu gün Ukrayna Silahlı Qüvvələrində ağır silahlar kifayət qədər deyil”.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksey Arestoviç deyib.

“Nəzərə almaq lazımdır ki, Ukrayna ordusu ümumilikdə, 2600 km-dən çox sərhədi qorumalıdır. Bununla yanaşı, müdafiə qüvvələrimiz 1300 km-lik cəbhə xəttindən mübarizə aparmalıdır. Buna baxmayaraq, tam və effektiv hücum üçün bizim kifayət qədər ağır silahımız yoxdur. Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”, – o bildirib.

O.Arestoviç söyləyib ki, mövcud silahlarla bu qədər ciddi döyüşlərin öhdəsindən gəlmək mümkün deyil.

O həmçinin qeyd edib ki, əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman artıq Vladivostokda olardılar.