“Ukrayna öz ərazilərinin azad edilməsini heç kimlə razılaşdırmalı deyil” – Danilovbackend

“Ukrayna öz ərazilərinin azad edilməsini heç kimlə razılaşdırmalı deyil” – Danilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi qeyd edib ki, ərazilərinin azad edilməsi məsələsində Ukrayna öz həmkarları ilə məsləhətləşməyəcək.

Ukrayna hakimiyyəti öz ərazilərinin azadlığını heç bir dövlətlə razılaşdırmalı deyil.

Bu barədə MTMŞ katibi Aleksey Danilov Natalya Moseyçuka müsahibəsində bəyan edib («UNİAN»).

Rusiya tərəfindən işğal olunmuş Krımın azad edliməsi Londonla, Vaşinqtonla, Berlinlə və ya Varşava ilə razılaşdırılıbmı? – sulına Danilov belə cavab verib: «Biz, öz ərazilərimizin azadlığını razılaşdırmalı deyilik. Əgər söhbət müəyyən mərhələdə bizim Birləşmiş Ştatlardan aldığımız silahların Rusiya Federasiyasındakı obyektlərə qarşı istifadəsindən gedirsə, bu, bir qədər başqa məsələdir».