Ukrayna ordusunun növbəti uğuru: Xerson körpüsü bağlandı-VİDEObackend

Ukrayna ordusunun növbəti uğuru: Xerson körpüsü bağlandı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin bir gün əvvəl uğurlu zərbə endirdiyi Xerson yaxınlığındakı Antonovski avtomobil körpüsündən ilk video yayılıb.
TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, görüntünü Rusiyayönlü Teleqram kanalları yayıb.
Görüntülərdən körpünün əhəmiyyətli dərəcədə zədələndiyi və keçilməz hala gəldiyi görünür. Videonun müəllifi iddia edir ki, zərbələr körpünün əvvəllər zədələnmiş hissəsinə endirilib.
Xatırladaq ki, gecə saatlarında işğal altında olan Xersonda güclü partlayışlar baş verib. Ardınca Ukrayna Silahlı Qüvvələrinin Antonovski körpüsünə uğurlu hücumu barədə məlumat yayılıb.
Qeyd edək ki, bu körpü rusların nəzarətində olan Xersonda şəhərini Dnepr çayının sol sahili ilə birləşdirir.
Britaniya kəşfiyyatı Antonovski körpüsünü Rusiya ordusunun Xerson vilayətində “ən zəif yeri” adlandırır. Odur ki, Dneprdən keçən keçidlərə nəzarət Xerson vilayətində gedən döyüşlərdə əsas amilə çevrilə bilər.