Ukrayna ordusu Xersonda yeni əraziləri azad etdibackend

Ukrayna ordusu Xersonda yeni əraziləri azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xerson vilayətinin şimalında Olgino kəndini azad edib.

TİA.AZ “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri daha 3 yaşayış məntəqəsini azad edib. Lakin bu ərazilər barədə məlumatı ilk olaraq Baş Qərargah açıqlamalıdır.

Arestoviç, həmçinin hesab edir ki, 3-4 həftədən sonra Xerson istiqamətində Rusiya üçün vəziyyət pisləşəcək.

Xatırladaq ki, Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini, Donetsk vilayətinin Ozernoe kəndini də azad edib.