“Ukrayna ordusu Severodonetsk şəhərinin yarısına nəzarət edir” – Şəhər meribackend

“Ukrayna ordusu Severodonetsk şəhərinin yarısına nəzarət edir” – Şəhər meri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qüvvələri ölkənin şərqindəki Severodonetsk şəhərində ağır döyüşlərdə Rusiya qüvvələrini geri oturdub, şəhərin yarısına nəzarəti ələ alıblar. Bunu vilayət qubernatoru Sergey Qayday deyib, amma eyni zamanda əlavə edib ki, rusiyalıların artilleriya bombardmanını ikiqat artıracağını gözləyir.

Xatırladaq ki, dəmiryolu habı hesab olunan Severodonetsk həftələrdir bombardman altındadır. Ötən həftə Rusiya şəhərin 80 faizini ələ keçirmişdi.

Hazırda Rusiya əsgərlərinin Donetsk vilayətindəki Slovyansk şəhərini hədəfə aldığı xəbər verilir. Slovyanskdan 20 kilometr şimalda yerləşən Svyatiqorsk şəhəri yaxınlığında hücum da bərpa olunub.

Britaniya kəşfiyyatının iyunun 6-da bildirdiyinə görə, Rusiya əsgərlərinin Slovyanska hücumunda məqsəd Ukrayna qüvvələrini mühasirəyə salmaqdır.