Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini işğaldan azad edibbackend

Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini işğaldan azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna hərbçiləri sentyabr ayı ərzində artıq 9 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib. Sabitləşdirmə tədbirləri davam edir”.

TİA.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib:

“Bu nəzərəçarpacaq nəticə müvəqqəti işğal olunmuş ərazilərdəki xalqımızın bizə kömək etməsi sayəsində əldə olunub. Xahiş edirəm, bu cür yardımların daha çox olması üçün hər şeyi edin”, – Prezident çağırış edib.

O, ukraynalılardan Rusiyaya saxta “referendum” keçirməyə kömək edənlərlə bağlı məlumatları xüsusi xidmət orqanlarına ötürməyi istəyib.