Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdubackend

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda yerləşən qərargahına zərbə endirib.Zərbə nəticəsində beş nəfər xəsarət alıb. Rusiya tərəfi zərbənin pilotsuz uçuş aparatı ilə endirildiyini bildirib.

Donanma qərargahına endirilmiş zərbə ilə əlaqədar Rusiyanın Hərbi Dəniz Donanması Günü münasibətilə tədbirlər təxirə salınıb.

Qeyd edək ki, Rusiyada hər il iyul ayının sonuncu bazar günü Hərbi Dəniz Donanması Günü kimi qeyd olunur.

Mənbə: Unian.net