Ukrayna ordusu: Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itiribbackend

Ukrayna ordusu: Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.

Bu barədə TİA.AZ Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib”, – məlumatda deyilir.