Ukrayna ordusu Qostomeli geri alıb – Rusiyanın onlarla hərbçisi həlak olub (FOTOLAR)backend

Ukrayna ordusu Qostomeli geri alıb – Rusiyanın onlarla hərbçisi həlak olub (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbər verir.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

“Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.