Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıbbackend

Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.

TİA.AZ-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.

Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.

O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərinə qayıdıb.