UKRAYNA ORDUSU İZYUMA DAXİL OLDU – Ruslar qaçır, Xarkov cəbhəsi tamamən çökdü-VİDEObackend

UKRAYNA ORDUSU İZYUMA DAXİL OLDU – Ruslar qaçır, Xarkov cəbhəsi tamamən çökdü-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xarkov vilayətində əks-hücumlarını və İzyum şəhərinin Rusiya hərbçilərindən azad olunmasını davam etdirir.

“RBK Ukraina”-nın məlumatına görə, Ukrayna hərbçiləri cənub tərəfdən İzyuma daxil olub, şəhərdə təmizləmə əməliyyatı aparılır.

Beləliklə, Rusiya həbrçiləri İzyumdan cənuba çıxışı itiriblər.

İzyumu tərk edən rus ordusunun qalıqları Luqansk vilayəti istiqamətində geri çəkilir.Ukraynalı hərbi blogerlərin yaydığı məlumata görə, Ukrayna ordusu düşmənin müdafiə səddi qurmasına yol verməmək üçün onları dayanmadan təqib edir. Hazırda həmin istiqamətdəki yollar və meşə zolağı artilleriya ilə aramsız olaraq vurulur.

Qeyd olunur ki, Liman şəhərinə (Donetsk vilayəti) daxil olan Ukrayna ordusu orada təmizləmə aparır. Ukrayna ordusunun Donetsk vilayətinin Yampol qəsəbəsinə daxil olduğu barədə xəbərlər gəlir. “Rusiya ordusunun Xarkov cəbhəsi tamamən çökdü, Donbasın şimalındakı cəbhəsi də çökür”, – blogerlər yazır.