“Ukrayna ordusu güman ki, Xersona əks-hücuma başlayıb” – ISWbackend

“Ukrayna ordusu güman ki, Xersona əks-hücuma başlayıb” – ISW

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Analitiklər xəbərdarlıq ediblər ki, açıq məbələrdən əks-hücumun gedişi və ahəngi barədə informasiya güman ki, mədudlaşdırılıb və gecikməklə, real haisələrdən geri qalmaqla daxil olacaq.

Ukrayna müdafiə qüvvələri ehtimal ki, Xerson vilayətinə əks-hücuma hazırlaşırlar və ya artıq başlayıblar.

Bu barədə Amerikanın müharibəni öyrənən institutu (ISW) xəbər verir.Xerson vilayətinə əks-hücumun ehtimal olunan başlanğıcının analizi bir qədər qeyri-dəqiq ola bilər – açıq məlumatların məhdud sayı səbəbilə. Analitiklər xəbərdarlıq edirlər ki, açıq mənbələrdən əks-hücumun gedişi və ahəngi barədə informasiya güman ki, məhdudlaşdırılacaq və gecikməklə, real hadisələrdən geri qalmaqla daxil olacaq.

İnstitutun məlumatına görə, cəbhə xətti ilə Xerson arasında rayon əsasən, kənd rayonudur, kiçik yaşayış məntəqələrindən ibarətdir – ordunun və döyüşlərin hərəkəti barədə xəbərlərin az ehtimalla yayıldığı ərazidir və işğalçıların da USQ-nin qələbələri barədə xəbər vermək stimulu yoxdur.

Bundan əvvəl məlum olub ki, USQ Xerson vilayətində İnqulets üzərindən keçən Daryev körpüsünə zərbə vurub. Yerli vilayət sovetinin deputatı Sergey Xlan qeyd edir ki, bu, hələ Xersonun azad edilməsi deyil, amma bu istiqamətdə ciddi hazırlıq addımların atıldığına dəlalət edir.