Ukrayna ordusu əks-hücuma keçdibackend

Ukrayna ordusu əks-hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna Silahlı Qüvvələri öz tapşırıqlarını yerinə yetirir. Biz təcavüzkarı dayandırmışıq, ehtiyat hissələrini yerləşdirmişik və müəyyən istiqamətlərdə əks-hücuma keçirik”.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeriy Zalujnı bildirib.
Zalujnı, həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir, amma geri çəkilmirlər: “Lakin onlar düşməndən bir neçə dəfə kiçikdir”.
Baş komandan həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.