Ukrayna ordusu Donetskinin 20 km-də: – Dokuçaevski uğrunda döyüşlər gedirbackend

Ukrayna ordusu Donetskinin 20 km-də: – Dokuçaevski uğrunda döyüşlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Donbas uğrunda döyüşləri davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, 26 oktyabrdan bölgədə gərginləşən vəziyyət getdikcə, daha ciddi şəkil almağa başlayıb.

Belə ki, Ukrayna ordusu son iki gündə Donbasın iki qəsəbəsini separatçılardan təmizləyib. Dünən Telmanovka və Staromarevka qəsəbələrini azad edən Kiyev hərbçiləri, bu gecədən etibarən artilleriya atəşlərini davam etdirərək, bir qədər də irəliləyib. Son məlumatlara görə, Ukrayna ordusu bu gün səhər saatlarından etibarən Donetski şəhərinin 20 km-də yerləşən Dokuçaevski şəhərinə hücuma başlayıb.

Hərbi mənbələr bildirir ki, Dokuçaevski şəhəri strateji əhəmiyyətə malikdir. Bu şəhər Ukrayna ordusunun nəzarətinə keçərsə, bu faktiki olaraq Donetskinin cənub əyalətlərinin əldən getməsi və qondarma “DNR”in isə süqutu deməkdir. Hazırda separatçılar bütün qüvvələrini bu şəhərə cəmləyərək, Kiyev ordusunun oraya buraxmamağa çalışır.

Hazırda Ukrayna ordusu böyük miqyasda hərbi əməliyyatlara başlamaq üçün bölgəyə çoxlu sayda hərbi texnika və canlı qüvvə cəlb edib. Yerli ekspertlərin ilkin rəyi budur ki, Ukrayna ilk olaraq Donbasın cənubuna nəzarəti bərpa edib, ardından digər bölgələri, o cümlədən Luqanskini separatçılardan təmizləməyi hədəfləyib.