Ukrayna ordusu daha bir şəhəri azad etmək üzrədirbackend

Ukrayna ordusu daha bir şəhəri azad etmək üzrədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində yerləşən Balakleya şəhəri yaxınlığında uğurlu əks-hücum əməliyyatı həyata keçirib”.

TİA.AZ xəbər verir ki, bu barədə məlumat Ukrayna mediasında və teleqram kanallarında yayılıb.

Məlumata görə, əməliyyat zamanı Rusiya qoşunu Severski Donets və Srednyaya Balakleyka çaylarının sol sahilinə çəkilməli olub.

Həmçinin Ukrayna ordusunun Balakleya şəhərindən 3 kilometr şimal-qərbdə yerləşən Verbovka kəndinə nəzarəti ələ keçirdiyi də bildirilir.

Rusiya mənbələrinin məlumatına görə isə, Rusiya qoşunları Ukrayna tərəfinin irəliləməsinin qarşısını almaq üçün Balakleya şəhərinin şərq hissələrində adsız körpüləri dağıdıb.