UKRAYNA ORDUSU DAHA BİR BÖYÜK ŞƏHƏRİ AZAD ETDİ – “Rus ordusunun İzyum qruplaşması darmadağın olundu” (VİDEO)backend

UKRAYNA ORDUSU DAHA BİR BÖYÜK ŞƏHƏRİ AZAD ETDİ – “Rus ordusunun İzyum qruplaşması darmadağın olundu” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.

TİA.AZ  “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi.

 

“Xarkov vilayətinin 3-cü böyük şəhəri Kupyansk azad olundu.

Kupyansk Rusiyanın Xarkovdakı işğal administrasiyasının inzibati mərkəzi idi. Rusiya ordusunun “Donbasın azad olunması” əməliyyatını həyata keçirən İzyum qruplaşmasının təchizatı strateji əhəmiyyətli dəmir yolu qovşağı olan Kupyansk vasitəsilə təmin edilirdi”, – siyasi şərhçi Şahin Cəfərli Kupyanskın azad olunmasını şərh edib.

“Ukrayna komandanlığının hazırlayıb icra etdiyi, tarix kitablarına düşəcək ildırım sürətli Xarkov əməliyyatı ilə rus ordusunun İzyum qruplaşması darmadağın olundu. Hazırda taktiki mühasirədə olan İzyum şəhərinin azad olunması üçün əməliyyat davam edir.

İzyumun cənub-şərqində yerləşən Donetsk vilayətinin Liman şəhərinin də azad olunacağı gözlənilir”, – Ş.Cəfərli bildirib.