Ukrayna ordusu daha 4 kəndi azad etdibackend

Ukrayna ordusu daha 4 kəndi azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

TİA.AZ xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 24500 hərbçisi öldürülüb: “Son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub. Bununla yanaşı, indiyədək Rusiyanın 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib”.

Məlumatda o da bildirilir ki, ötəın gün Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığında Rusiya ordusuna ağır zərbələr vurulub.

Belə ki, Ukrayna ordusu 4 kəndi rus hərbçilərindən azad etməklə yanaşı, Rusiyanın 47 hərbçisi, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA və daha bir hərbi karvanını məhv edib.