Ukrayna ordusu bu yaşayış məntəqələrini azad etdibackend

Ukrayna ordusu bu yaşayış məntəqələrini azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış mıntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.
“Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır”, – məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.