Ukrayna ordusu bir yaşayış məntəqəsini ruslardan AZAD ETDİbackend

Ukrayna ordusu bir yaşayış məntəqəsini ruslardan AZAD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.

Tia.az xəbər verir ki, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib. O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib

“İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi – Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib”, – Şiş deyib.

Qeyd edilir ki, icmada da vəziyyət gərgindir, çünki Rusiya hərbçiləri hər yerdə postlar qurub, kəndlərə heç kəsi buraxmırlar. Nəticədə – ərzaq, su, dərman və çörək təchizatı ilə bağlı humanitar problemləri yaranır. Eyni zamanda dünən Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın 130 hərbçisini zərərsizləşdirdiyi, və bir neçə hərbi texnikasını sıradan çıxarıdığı bildirilir.