Ukrayna ordusu bir gündə Xersonda 40 kilometr irəliləyib – Bəzi ərazilər azad edilibbackend

Ukrayna ordusu bir gündə Xersonda 40 kilometr irəliləyib – Bəzi ərazilər azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Xersonda Rusiyanın müdafiə xəttini yarmağı bacarıb.

TİA.AZ ” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Ukrayna ordusu ölkənin cənubunda Rusiya işğalının başlanmasından bəri ən əhəmiyyətli irəliləyişə nail olub və Xerson vilayətində bəzi yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

“Dnepr çayının qərb sahilində Dudçanı adlı yaşayış məntəqəsi var… Burada müdafiə xətləri pozulub və Ukrayna qoşunları tərəfindən ələ keçirilən ərazilər var. Onların Dudçanıya qədər irəliləmələri göstərir ki, Ukrayna qoşunları bir gün ərzində cənubda 40 km irəliləyiblər. Bu, müharibənin başlanğıcından bəri bəlkə də ən sürətli irəliləyiş idi” , – Rusiya tərəfindən bölgəyə təyin edilmiş administrasiya rəhbəri Vladimir Saldo bildirib.