Ukrayna Nikolayev aeroportunu geri qaytardıbackend

Ukrayna Nikolayev aeroportunu geri qaytardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

TİA.AZ xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

“Beynəlxalq hava limanı bizdədir”, – Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.