UKRAYNA MÜHARİBƏSİNİN NƏTİCƏSİ QARABAĞA TƏSİR EDƏCƏK – ŞƏRHbackend

UKRAYNA MÜHARİBƏSİNİN NƏTİCƏSİ QARABAĞA TƏSİR EDƏCƏK – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müharibəsinin nəticələri Qarabağdakı proseslərə təsir edəcək”. Bu sözləri TİA.Az-a siyasi şərhçi Ramiyə Məmmədova bildirib. Ekspertin fikrincə, rus ordusu Ukraynadan üzüqara çıxarsa, bölgədə dominantlığı azala bilər.
Onun sözlərinə görə, Rusiyanın qələbəsi onun regionda ağalığını daha da gücləndirəcək: “Amma Qərbin də Azərbaycanın yanında olduğunu söyləməkdə çətinlik çəkirəm. Son vaxtlar baş verənlər nəticə çıxarmağa əsas verir: Avropa Parlamentinin biabırçı qətnaməsi, Blinkenin “həll edilməmiş məsələlər” deyərək status mövzusuna işarə etməsi göstərir ki, hətta Rusiyanın Ukrayna müharibəsində burnu əzilsə belə, biz Qarabağ məsələsində, sülhməramlıların çıxarılmasında, erməni separatçıların təmizlənməsi planında ciddi divident qazana bilməyəcəyik. Eyni zamanda Ermənistanla sülh danışıqları da ağır gedir”. Ekspert hesab edir ki, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır.

TİA.Az