Tribuna İnformasiya Agentliyi

Ukrayna müdafiə naziri istefa verdi

20 May
Ukraynanın müdafiə naziri Stepan Poltorak istefa verib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, nazir bu barədə “Facebook” hesabında məlumat verib. Ötən saatlarda and içərək vəzifəsinin icrasına başlayan prezident Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin 2 ay müddətinə vəzifədən azad edilməsini istəyib. Ölkə başçısı həmçinin parlamenti buraxıb və millət vəkillərinin toxunulmazlığını ləğv edib, digər qurum rəhbərlərini də istefaya çağırıb.