Ukrayna Moskvanın “göz yaşlarına” inanmırbackend

Ukrayna Moskvanın “göz yaşlarına” inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın danışıqlarda verdiyi paytaxt Kiyev və daha bir əsas şəhər olan Çerniqov ətrafında hərbi əməliyyatların miqyasını azaltmaq vədinə inamsızlıqla reaksiya verib.

Ukrayna prezidenti Volodymyr Zelenskyy bildirib ki, Rusiyanın Kiyev yaxınlığında, eləcə də ölkənin şimalındakı Çerniqov şəhərində baş verənləri nəzərə alaraq, hərbi fəaliyyəti azaltacağına dair açıqlamasına inanmağa heç bir əsas yoxdur.

“Bəli, danışıqlarda eşitdiyimiz siqnalları müsbət adlandıra bilərik. Lakin bu siqnallar Rusiya mərmilərinin partlamasını susdurmur. Əlbəttə, biz riskləri görürük. Təbii ki, bizim məhvimiz üçün mübarizəni davam etdirən Rusiya dövlətinin bu və ya digər nümayəndələrinin dediklərinə inanmaq üçün heç bir əsas görmürük”, – deyə Zelenski bildirib.

Sülh danışıqlarının davam etdiyi çərşənbə günü – beş həftə ərzində minlərlə insanın öldüyü və dörd milyona yaxın ukraynalının ölkədən qaçdığı, qanlı döyüş poliqonuna çevrilən ölkə ərazisində müharibənin bundan sonra da davam edəcəyi gözlənilir.

Türkiyənin İstanbul şəhərində keçirilən danışıqlarda Ukraynanın nümayəndə heyəti ölkənin özünü bitərəf elan edəcəyi və təhlükəsizliyinə bir sıra digər dövlətlər tərəfindən təminat veriləcəyi ilə bağlı movqe bildirib.

“Ukraynalılar sadəlövh insanlar deyil. Ukraynalılar işğalın 34 günü və Donbasdakı son səkkiz illik müharibə zamanı artıq öyrəniblər ki, yalnız konkret nəticələrə etibar etmək olar”, – deyə Zelenski qeyd edib.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin çərşənbə axşamı jurnalistlərə deyib: “Qarşılıqlı etimadın artırılması, gələcək danışıqlar üçün lazımi şəraitin yaradılması və son məqsədə – razılıq sazişinin imzalanmasına nail olmaq üçün Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin azaldılması ilə bağlı genişmiqyaslı qərar qəbul edilib”.

Fomin bunun praktiki baxımdan nə demək olduğunu açıqlamayıb. Cənub-şərqdə Mariupol, şərqdə Sumi – Xarkov, cənubda isə Xerson – Nikolayev də daxil olmaqla, şiddətli döyüşlərin müşahidə olunduğu digər ərazilərdən bəhs etməyib.