Ukrayna MN Rusiyanın mayın 9-dək nəyə nail olmaq istədiyini açıqlayıbbackend

Ukrayna MN Rusiyanın mayın 9-dək nəyə nail olmaq istədiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya hərbçiləri mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən “quru dəhlizi”ni saxlamaq istəyirlər”.
TİA.AZ xəbər verir ki, bunu “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik deyib.
“İndi onların məqsədi tam aydındır – Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq”, – deyə o bildirib.
Polkovnikin sözlərinə görə, gələcəkdə ruslar mümkün qədər çox ərazini ələ keçirmək məqsədilə digər bölgələrdə, xüsusilə Xerson ərazisində hücuma hazırlaşacaqlar. Motuzyanik onu da qeyd edib ki, indi Rusiya hərbçiləri qüvvələr toplayır.