Ukrayna MN: “Rusiyanın 9 minə yaxın hərbçisi ölüb”backend

Ukrayna MN: “Rusiyanın 9 minə yaxın hərbçisi ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 3-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.
TİA.AZ Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb.
Digər verilən məlumata görə, Rusiya ordusu 217 tank, 900 Piyadaların Döyüş Maşını, 90 artilleriya qurğusu, 42 reaktiv atəş sistemi, 30 hərbi təyyarə, 31 hərbi helikopter, 374 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 3 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.