Ukrayna MN: “Qarşı tərəfin birlik və hissələri ruhdan düşüb, silahlarını qoyub qaçırlar”backend

Ukrayna MN: “Qarşı tərəfin birlik və hissələri ruhdan düşüb, silahlarını qoyub qaçırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus ordusundan azad etmək üçün qızğın döyüşlər aparır”. 
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirliyin məlumatında bildirilir ki, Rusiya ordusu ruhdan düşdüyü üçün döyüşü atıb kütləvi şəkildə qaçır:
“Qarşı tərəfin birlik və hissələri ruhdan düşüb, Rusiya ordusunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər. Təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri deyil, sıravi silahsız insanlar da aktiv döyüş əməliyyatları ilə düşmənə itki verir, öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji zərbə vururlar. Daimi müqavimətlə üzləşən və öz hərəkətlərinin qanunsuzluğunu dərk edən rus ordusu dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı zərbələr endirməkdə, qadın, uşaq və qocalardan “insan qalxanı” kimi istifadə etməkdə davam edir. Onlar öz informasiya məkanında azadlıq “blitzkriq”inin mənzərəsini yaratmaq cəhdlərindən əl çəkmir, tabeliyində olan KİV-lər vasitəsilə total yalanlar yaymaqda davam edir, həqiqətə uyğun və obyektiv məlumatların əldə edilməsinə mane olmaqla canlı qüvvə və texnika itkisini gizlətmək üçün tədbirlər görürlər. Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən sərhədləri qoruyub saxlamaqda davam edir, bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirir. Təəssüf ki, planlarımızı puça çıxarmamaq üçün hələlik bütün uğurlarımızı deyə bilmərik. Amma inanın ki, zamanla hər şey bilinəcək”.