Ukrayna Krım körpüsünü partladılacağının anonsunu verdi – Podolyakbackend

Ukrayna Krım körpüsünü partladılacağının anonsunu verdi – Podolyak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın bir neçə ayda Krımda hərbi obyektlərdə partlayışlar davam edəcək.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində bildirib.
“Mən yaxın iki-üç ay ərzində belə hadisələrin daha çox olacağını proqnozlaşdıran Rusiya Müdafiə Nazirliyi ilə razıyam. Düşünürəm ki, biz bu halları daha çox görə bilərik”, – Podolyak deyib.
Onun sözlərinə görə, Canköy rayonundakı Rusiya silah-sursat anbarında baş vermiş yanğın xatırladır ki, “rusların işğal etdiyi Krım – anbarların partlayışı, işğalçılar və oğrular üçün yüksək ölüm riski deməkdir”.
Podolyak avqustun 9-da Saki aviabazasındakı partlayışların partizanlar tərəfindən təşkil oluna biləcəyi ehtimalını irəli sürüb və bunun, birmənalı olaraq təsadüfi olmadığına əmindir. Nəşr qeyd edir ki, rəsmi Kiyev Krımda baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyib.
Zelenskinin ofisinin rəhbərinin müşaviri əlavə edib ki, Ukrayna Rusiya ordusunu təchiz etdiyi üçün Krım körpüsünü qanuni hərbi hədəf hesab edir. “Belə obyektlər məhv edilməlidir”, – o vurğulayıb.